FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib
Döyüşən Çin əsgərləri... - Zelenski Çinin reaksiyasını gözləyir
Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi


12.10.2023  18:02 

Qaz limiti ləğv olunur? - Aciqlama





A+  A-

Payız-qış mövsümünün başlanması ilə qaza olan tələbat da artmağa başlayıb. Hazırda əhalinin illik istehlakının 1200 kubmetrədək olan hissəsinin qiyməti 12 qəpikdən hesablanır. 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün isə müvafiq olaraq 20 və 25 qəpik müəyyən edilib. Artıq bir neçə gündür sosial şəbəkədə qaza tətbiq edilən limitin artırılacağı ilə bağlı məlumatlar paylaşılır.

Xəzərnews.az xəbər verir ki, məsələ ilə bağlı Trend-in suallarını cavablayarkən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, qaza tətbiq edilən limitin miqdarında dəyişiklik edilə bilər.

"İndiki vəziyyətdə reallıq budur ki, qaz limitinin götürülməsi mümkün görünmür. Bu gün belə bir qərar verilməsi gözlənilən deyil. Amma bununla bağlı hər hansısa bir təşəbbüs olarsa, o zaman, böyük ehtimalla, qiymətlərdə artım olacaq. Bütün hallarda satılan müəyyən həcmdə qazdan müəyyən bir vəsait yığmaq planı var. Bu plan hansısa formada doldurulmalıdır. Sosial şəbəkələrdə bu məsələ ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir", - deyə ekspert bildirib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 1 1 537 336 abonent 12 qəpik tariflə (ümumi abonentlərin 61%), 874 420 abonent 20 qəpik tarifilə (ümumi abonentləin 34,7%) və 108 449 abonent 25 qəpik tarifilə (ümumi abonentləin 4,3%) qazdan istifadə edib./yenisabah.az

Xəbər 3199 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.04.2025  18:13 

Bondarenko istefa verdi

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +