Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


26.06.2022  22:00 

Yaşı 70-i haqlasa da o, 21-ci əsrin jurnalistidir...





A+  A-

Bu gün Azərbaycanda regional medianın mövcudluğu barədə ilk növbədə ona görə danışa bilirik ki, Masallıda Zahir Əmənov və onun rəhbərlik etdiyi Cənub Xəbər televiziyası, Cənub.az saytı kimi kütləvi informasiya vasitələrimiz var.

1990-cı illərdə Masallıda müstəqil mətbuatın əsasını qoymuş Zahir Əmənovun yaşı bu il iyunun 27-də 70-i haqlasa da, o, sözün bütün mənalarında 21-ci əsrin jurnalistidir. Baş redaktor həm yerli və beynəlxalq əhəmiyyətli tədbirlərdə ifadə etdiyi mövqeyi, həm də peşə sahəsində inadlı fəaliyyəti ilə bunu dəfələrlə sübuta yetirib.

Onun yaratdığı “Masallı xəbərləri” qəzetinı Jurnalistlərin Müdafiə Komitəsi 2002-ci ildə “İlin ən mübariz qəzeti” elan edib. “Yeni nəsil” Jurnalistlər Birliyi isə 2012-ci ildə “Cənub xəbərləri”ni “İlin qəzeti” adına layiq görüb. Nəhayət, Z.Əmənov Azərbaycan Jurnalistlər Birliyinin H. B. Zərdabi mükafatının sahibidir.

Fədakar həmkarımızı yubiley münasibəti ilə təbrik edir, onun heç bir təşkilat tərəfindən təsis edilməmiş “Regionl mediamızım flaqmanı” adını şərəflə daşımaqda davam edəcəyinə inanırıq.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı


Xəbər 1590 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +