FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib
Döyüşən Çin əsgərləri... - Zelenski Çinin reaksiyasını gözləyir
Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi


19.06.2022  20:28 

“Rəqəmlərə baxmayaraq əhalinin rifahı pisləşir” - Ekspert





A+  A-

“Statisitkanın yüksək artm rəqəmlərinə baxmayaraq əhalinin rifahı pisləşir”.

Bu sözləri iqtisadçı-ekspert Rövşən Ağayev 2022-ci ilin büdcə dəyişikliyi ilə bağlı sənədlər parlamentə daxil olan sənədləri şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, büdcə gəlirləri təsdiqlənmiş variantla müqayisədə təxminən 9% və ya 2.3 mlrd. manat artırılır: “Büdcəni böyüdən əsas amil yüksək inflyasiyadır. Bu faktı elə gömrük yığımlarına münasibətdə aydın görmək olur. Yeni büdcədə gömrük orqanlarına 335 mln. manat əlavə öhdəlik müəyyən edilib. 2022-ci ilin 4 ayının nəticələrinə görə isə gömrük idxalı real ifadədə 5% azaldığı halda, qiymət artımı nəticəsində nominal ifadədə 20% artıb.

Bu faktı göstərir ki, təkcə idxal mallarının bahalnması il ərzində cibumizdən 400 mln. manata yaxın əlavə pul çıxaracaq”.

R.Ağayevin sözlərinə görə, Azərbaycanın istehlak bazarının idxaldan yüksək asılığığı var:

“İdxalın real həcminin azalması ev təsərrüfatlarının alıcılıq qabiliyyətinin azalmasına işarə edir. Yəni, statisitkanın yüksək artm rəqəmlərinə baxmayaraq əhalinin rifahı pisləşir. Azərbaycanda kəmiyyətcə iqtisadi böyümənin həyat səviyyəsilə əlaqəsinin indiki səviyyədə itməsi son 15 ildə müşahidə edilməmişdi”./Azpost.info

Xəbər 1586 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.04.2025  18:13 

Bondarenko istefa verdi

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +