Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


22.10.2019  10:32 

Livanda aksiyaçılar hökumətin böhran əleyhinə planını rədd edib





A+  A-

Livan etiraz hərəkatının iştirakçıları baş nazir Saad Haririnin koalisiya kabineti tərəfindən təsdiqlənən antiböhran planının qəbuledilməz olduğunu elan ediblər.
XəzərNews.az “TASS” agentliyinə istinadən xəbər verir ki, belə bir qərar Beyrutun mərkəzində nümayişçilər tərəfindən qəbul olunub.

“Hökumət vaxt qazanmaq istəyir və bilərəkdən mümkün olmayan həll yolları təklif edir. Hamını etiraz aksiyalarında iştirak etməyə, kabinetin istefasını və erkən parlament seçkilərini keçirməyə çağırırıq”, - sənəddə belə deyilir.

Bundan əvvəl Hariri hökuməti Baabdakı prezident sarayında keçirilmiş iclasda iqtisadiyyatın sabitləşdirilməsi üçün tədbirlər proqramını və 0.6% kəsir ilə 2020-ci maliyyə ili üçün dövlət büdcəsi layihəsini təsdiqləyib. Ölkəni bürüyən kütləvi etiraz dalğasına cavab olaraq Nazirlər Kabineti yeni vergilər tətbiq etməkdən boyun qaçırıb və nazirlərə, parlament üzvlərinə maaşların 50% endirildiyini elan edib. Hakimiyyət yoxsullara təcili maddi yardım göstərəcəyini və sosial-iqtisadi sahədə islahatlar aparacağını vəd edib.

Xəbər 1790 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +