Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


27.11.2018  09:26 

Təhsil krediti necə veriləcək?





A+  A-

Təhsil haqqı üçün alınan kredit borclarının qaytarılma mexanizmi hazılanarkən tələbənin sosial vəziyyəti də nəzərə alınacaq.
XəzərNews.az xəbər verir ki, bu haqda "Maarifçi" Tələbə Kredit Fondundan Trend-ə bildirilib. Qeyd olunub ki, Fondun hazırkı kredit qaytarma mexanizmı dünyada fəaliyyət göstərən fondların ümumi praktikasına əsaslanır:

"Lakin təhsil naziri Ceyhun Bayramovun tapşırığına əsasən, Fond Təhsil Nazirliyinin mütəxəssisləri ilə birgə kredit borclarının qaytarılması ilə bağlı beynəlxalq təcrübədə olan alternativ mexanizmlər üzərində çalışır. Sözügedən mexanizm hazırlanarkən tələbənin sosial vəziyyəti, əmək bazarında gənclərin məşğulluq imkanları və digər zəruri amillər əsas götürüləcək".

Xatırladaq ki, maliyyə naziri Samir Şərifov təhsil kreditlərinin qaytarılıb-qaytarılmayacağı ilə bağlı problemin olduğunu açıqlayıb:

"Təhsil krediti alanların onu qaytaracağı böyük bir sualdır. Bizim bank təşkilatlarımız bu riski öz üzərlərinə götürmək istəmirlər. Dövlət buna müdaxilə etsə, indidən etiraf edək ki, bu kreditlər qaytarılmayacaq. Xaricdə bu məsələ belə qurulub - kredit verilir, amma həmin o məzunlar işə qəbul olunduqdan sonra işəgötürənlər banklarla müqavilə bağlayır və kreditlər geri qaytarılır. Hazırda bununla bağlı bir mexanizm tapa bilməmişik. Müəyyən cəhdlər var. Lakin bunlar, deməzdim ki, problemi kütləvi şəkildə həll edəcək".

Xəbər 1287 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +