Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


06.10.2018  19:21 

Bakıda DYP maşını ilə taksi toqquşdu - Polis yaralandı + VİDEO





A+  A-

Bu gecə səhərə yaxın, saat 4 radələrində Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
XəzərNews.az-ın BakuPost-a istinadən verdiyi məlumata görə, Füzuli küçəsi 53 ünvanında (Heydər Əliyev adına Respublika Sarayının yanı) 99 YP 361 dövlət nömrə nişanlı Dövlət Yol Polisi maşını ilə taksi kimi istifadə olunan “Opel Zafira” markalı avtomobil toqquşub. Nəticədə “Opel” maşını alovlanıb, DYP avtomobili isə Qış Parkına girib.

Qəza zamanı polis əməkdaşı ağır xəsarət alıb. O, 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, vəziyyətinin ağır olduğu deyilir.

“Opel Zafira” maşınının sürücüsünə gəlincə, o, yüngül xəsarətlə qurtulub. Hər iki avtomobil yararsız hala düşüb.

Əraziyə xeyli sayda YPX əməkdaşı, Post Patrul Xidməti və Təcili Tibbi Yardım maşını gəlib.

Taksi sürücüsü bildirib ki, qəzaya səbəb polis maşınının qırmızı işıqda keçməsidir. Polisdən isə hadisənin belə olmadığı, polis maşınının hərəkətsiz dayandığı vaxtda “Opel”in sürətlə gələrək ona çırpıldığı bildirilir.


Xəbər 1655 dəfə oxunub.





18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +