Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


07.08.2018  19:43 

ABŞ-da azərbaycanlılar həbs olunub? - XİN-dən açıqlama





A+  A-

"Bu barədə Xarici İşlər Nazirliyinə (XİN) heç bir rəsmi məlumat daxil olmayıb".
XəzərNews.az-ın məlumatına görə, bunu XİN-in mətbuat katibi Hikmət Hacıyev ABŞ-da azərbaycanlıların həbsini şərh edərkən deyib.

Xatırladaq ki, ABŞ-da aralarında dörd Azərbaycan vətəndaşının da olduğu cinayətkar qrup saxlanılıb. Onlar dələduzluqda və 4,5 milyon dollar həcmində çirkli pulları yumaqda ittiham olunublar.

Araşdırmalarda Federal Təhqiqatlar Bürosunun, Gömrük-sərhəd xidmətinin, Nyu-York polisinin və Federal İmmiqrasiya və Gömrük İdarəsinin polis əməkdaşları iştirak edib. Saxlanılan şəxsləri dələduzluq maddəsi ilə 20, çirkli pulların yuyulması maddəsi ilə isə 30 ilə qədər həbs cəzası gözləyir.

İstintaqdan verilən məlumata görə, qruplaşma üzvləri mövcud olmayan avtomobillərin satışı barədə yalançı reklam elanlarının hazırlanmasında iştirak ediblər. Dələduzlar qanunsuz hərəkətləri ilə 4,5 milyon dollar qazana biliblər. Qruplaşmada Türkiyə, Gürcüstan, Qazaxıstan, Rusiya, Ukrayna, Latviya və ABŞ vətəndaşları da olub.

Xəbər 2073 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +