Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


09.07.2018  10:08 

Gəncədə əməliyyat, polis silah-sursat tapdı





A+  A-

Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə, silah və döyüş sursatı aşkar edilib.
XəzərNews.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Gəncə Regional qrupundan verilən məlumata görə iyulun 7-də Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Hamlet Abdullayev saxlanılıb. Polis İdarəsində vətəndaşın üzərinə şəxsi baxış keçirilən zaman 2.689 qram çəkidə narkotik vasitə olan “heroin” aşkarlanaraq götürülüb.

Davam edən əməliyyat-istintaq tədbirləri ilə saxlanılan şəxsin mənzilindən 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapanca, həmin tapançaya məxsus 8 ədəd patron və alışqanı ilə birlikdə 1 ədəd RQD-5 markalı əl qumbarası aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər 1528 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +