Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


24.05.2018  10:46 

Komitə sədrindən azanla bağlı xəbərdarlıq





A+  A-

"Ramazan ayında azanların müxtəlif vaxtlarda səsləndirilməsi ilə bağlı məscidin imamına, imam-naibinə xəbərdarlıq ediləcək"
XəzərNews.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

M.Qurbanlı qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayında azanlarla bağlı fətvası var və bütün məscidlər bu fətvaya əməl etməlidir:

"Bu fətva ilə bərabər, Qafqaz Müsəlmanları İdarəsində rəsmi şəkildə təsdiq olunmuş təqvim var. Bu təqvim də Şamaxı Rəsədxanasında öz təsdiqini tapmış təqvimə uyğun hazırlanıb. Rəsmi şəkildə təsdiq olunmuş təqvimdən kənara çıxan məscidlər barədə bizə məlumatlar daxil olduqda, yerli şöbələrimizin nümayəndələri həmin məscidə gedəcək. Məscidin imamına, imam-naibinə xəbərdarlıq ediləcək. Bu hallar təkrar olunarsa, onlar barəsində ciddi tədbirlər görüləcək. Bu tədbirlər sırasında protokol tərtib olunması, onların cərimələnməsi də mümkündür. Hələ ki təqvimin pozulması ilə bağlı bizə məlumat daxil olmayıb. Çalışırıq ki, bu, baş verməsin".

Komitə sədri deyib ki, QMİ-nin fətvası bütün məscidlər üçün icbari xarakter daşıyır: "Hərə öz bildiyini edərsə, xaos yaranar".

Xəbər 1631 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +