Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


22.02.2017  18:29 

Aleksandr Lapşinə yeni vəkil tutuldu





A+  A-

Azərbaycanda həbsdə olan bloger Aleksandr Lapşin üçün yeni vəkil tutulub.
Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Denis Apaşkinin verdiyi məlumata görə, A. Lapşinin müdafiəsi ilə bundan sonra onun ailəsi tərəfindən tutulmuş vəkil məşğul olacaq.

O, həmçinin bildirib ki, blogerlə yenidən görüşmək üçün müvafiq qurumlara müraciət edilib: "Müvafiq razılıq əldə olunduqdan sonra onunla yenidən görüşəcəyik".

Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.

(apa.az)

Xəbər 3992 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +