Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır
Ukraynalı jurnalistin cənazəsi qaytarılıb


14.03.2024  14:22 

Narkokuryerlik edən şəxs saxlanılıb





A+  A-

Nərimanov rayonunda pul müqabilində narkokuryerlik edən daha bir nəfər saxlanılıb.

Xəzərnews.az DİN-ə istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Şöbəsinin (PŞ) əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı narkotik vasitələrin daşınması və satışını həyata keçirən, əvvəllər müxtəlif cinayətlər etdiyi üçün məhkum olunmuş Soltanov Hüseyn saxlanılıb. Ondan 1 kiloqram narkotik maddə olan heroin aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, H.Soltanov İran vətəndaşları ilə sosial şəbəkə vasitəsi ilə əlaqə yaradaraq öz istifadəsi, eləcə də satış üçün narkotik vasitələr əldə edib. Saxlanılan şəxs kuryer fəaliyyətini pul müqabilində həyata keçirdiyini bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, H.Soltanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qeyd edilib ki, Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən keçirilən son əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 25 nəfər tutularaq barələrində cinayət işi başlanılıb. Ümumilikdə qanunsuz dövriyyədən 5 kiloqram narkotik vasitə çıxarılıb.




Xəbər 956 dəfə oxunub.



24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +