Pekində İlham Əliyevin masasına qoyulanlar diqqət çəkdi - FOTO
Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində - FOTO
Kiyevdə azərbaycanlı alimin də evi raket hücumundan zərər gördü
Hava şəraiti dəyişkən buludlu olacaq
Gəncədə bütün Şəhid plakatları və şəkilləri söküləcək?
Onlar azadlığa buraxılacaqmı? - Bu gün məhkəmədir
İlham Əliyev CGTN telekanalına müsahibə verib
Zelenski ilə razılaşmaq məcburiyyətindəyik - Tramp
Gündə min günah yuyuram! - Əli Hacı Ağaevli
Flora Kərimovanın səsi batdı


01.11.2022  21:27 

Gənc qız və qadınlarımız qətlə yetirilib... - Bəyanat





A+  A-

Azərbaycan Yüksəliş Partiyası İranda baş verən vəhşiliklər ilə bağlı Bəyanat yayıb.

XəzərNews.az xəbər verir ki, Bəyanatda deyilir:

- Son bir ayda cənub qonşumuz İranda baş verən faciəvi hadisələr, gənc qızların öldürülməsi ilə müşahidə olunan etiraz aksiyaları və xüsusən də, Cənubi Azərbaycan əhalisinin, can bir, qan bir qardaş və bacılarımızın bu münaqişələr zamanı qətlə yetirilməsi hər bir azərbaycanlı kimi Azərbaycan Yüksəliş Partiyasının üzvlərini də dərindən sarsıdır və narahat edir. Şübhə eləmirik ki, bu qanlı olaylar hər bir Azərbaycan vətəndaşının yaddaşında dərin izlər buraxır.

Molla rejiminin xüsusi vəhşiliklə soydaşlarımıza, gənc bacı və qızlarımıza qarşı yürütdüyü qeyri-insani üsullarla üsyanı yatızdırma cəhdləri yolverilməzdir. Aldığımız məlumatlara görə, etirazlar zamanı onlarla 14 - 30 yaş arası gənc qız və qadın soydaşımız qətlə yetirilib.

Qeyd edək ki, İranda insanlıq adına törədilən bu vəhşilik insan hüquq və azadlıqlarına dair beynəlxalq konvensiyaların, qanunvericiliyin kobud şəkildə pozulmasıdır və Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr, eləcə də, dünya ictimaiyyəti İranda baş verən qanlı hadisələrə, humanitar böhrana laqeyd və seyrçi qalmamalı, ciddi təpki göstərməlidir.

Azərbaycan Yüksəliş Partiyası olaraq İran molla rejiminə qəti şəkildə etirazımızı bildirir və dərhal bu kimi qəddar üsullara, törədilən vəhşiliklərə, insanlıq adına ləkə olan polis müdaxilələrinə son qoymağa çağırırıq.

Xəbər 1077 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +