Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


29.01.2025  14:31 

“Mahal“ MTK sədrinin ölkədən çıxışına QADAĞA





A+  A-

"Mahal" Mənzil-Tikinti Kooperativinin sədrinin ölkədən çıxışına məhdudiyyət qoyulub.

"Mahal” MTK tərəfindən Binəqədi rayonunda vətəndaş Vaqif Həsənova (şərti) məxsus qaraj söküldüyü üçün razılaşdırılmış 57 885 manat kompensasiya illərdir ödənilmir.

Bu barədə məhkəmə qərarı olmasına baxmayaraq, "Mahal” MTK tərəfindən vətəndaşın kompensasiyasının ödənilməsi təmin edilməyib. MTK Binəqədi rayon İcra Şöbəsinin icrasından yayınıb.

Məhkəmənin qərarı ilə MTK-nın qanuni təmsilçisi və sədri Rəhimov İlqar Vəliyəddin oğlunun ölkədən çıxışı məhdudlaşdırılıb.

O da məlum olub ki, MTK-nın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 194 627.9 manat vergi borcu var. Bununla əlaqədar olaraq MTK-nın bütün bank hesablarına sərəncam qoyulub.

Qeyd edək ki, "Mahal" MTK, "Mahal Şirkətlər Qrupu"na daxil tikinti şirkətidir. "Mahal Şirkətlər Qrupu"nun qanuni təmsilçisi və direktoru Rəhimov Elvin Adil oğludur.

İlqar Rəhimov "Mahal” MTK-nın sədrinin vəzifələrini icra etdiyi müddətdə dəfələrlə qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə cinayət işi açılıb./Qaynarinfo

Xəbər 2590 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +