Qadını fotoları ilə şantaj edən şəxs tutulub
Azərbaycan kimi dövlətlərə dəyər verməlidirlər - Prezident
Gecə klubunun damı uçdu: Xeyli ölü və yaralı var
Orduya çağırılanlar necə yarasız edilir?
Azyaşlıya qarşı cinsi zorakılıq: 4 nəfər həbs edildi
Seymur Verdizadə təltif olundu
FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib


02.06.2018  17:42 

Ozobiç rəsmən “Qarabağ”da





A+  A-

“Qarabağ” 2018/19-cü illər mövsümü üçün heyətini gücləndirməyə start verib.
XəzərNews.az klubun saytına istinadən xəbər verir ki, komanda xorvatiyalı futbolçu Filip Ozobiçi sıralarına qatıb. 27 yaşlı yarımmüdafiəçiylə 3 illik müqavilə imzalanıb.

“Mladost” klubunun yetirməsi olan Ozobiç peşəkar karyerasına Rusiyanın “Spartak” (Moskva) klubunda başlayıb, 2012-ci ildə isə karyerasını icarə əsasında vətənində “Hayduk” (Split) klubunda davam etdirib. 2013-cü ildə Xorvatiyanın “Slaven” klubuna transfer olunub. Bu klubda 3 mövsüm keçirən Filip 2016-ci ildə “Qəbələ” klubuna transfer olunub. Burada çıxış etdiyi 2 mövsümdə ümumilikdə 74 matçda meydana çıxıb və 25 qolla yadda qalıb.

Yeni transfer Xorvatiyanın aşağı yaş qrupları üzrə milli komandalarında (U-16, U-17, U-18, U-19, U-20 və U-21) forma geyinib və 3 dəfə də ölkəsinin əsas yığmasına dəvət alıb.

Xəbər 1444 dəfə oxunub.



09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu

08.04.2025  18:13 

Bondarenko istefa verdi


BÜTÜN XƏBƏRLƏR +