Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur


23.04.2025  18:50 

BƏƏ və Azərbaycan arasında qurulan akademik körpü beynəlxalq tədbirdə təqdim olundu





A+  A-

2-ci Apolonia Tələbə Tədqiqat Simpoziumu çərçivəsində Abu-Dabidə təqdim olunan multidissiplinar tədqiqat layihəsi Azərbaycan və BƏƏ arasında qurulan elmi körpünün və süni intellektin tibbi təhsildə tətbiqinin uğurlu nümunəsi oldu. Layihə Azərbaycan Tibb Universitetindən professor Çingiz Rəhimov və Gulf Tibb Universitetinin dosenti, ölkəmizi BƏƏ-də təmsil edən Dr. Sabrin Ali Azim tərəfindən birgə elmi rəhbərliklə həyata keçirilib.

XəzərNews.az xəbər verir ki, tədqiqat üçüncü molyar dişlərin çıxarılması zamanı cərrahi çətinliklərin qiymətləndirilməsi məqsədilə ChatGPT kimi böyük dil modellərindən istifadəni araşdırıb. Süni intellektin klinik qərarverməyə necə töhfə verə biləcəyi praktiki şəkildə təqdim olunub.

Layihə “Azərbaycan Respublikasında 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”na tam uyğun olaraq hazırlanıb.

Təqdimat zamanı Azərbaycan Tibb Universitetinin tələbəsi Nəzrin Yusibova çıxışına Bakı
Qala şəhəri və Qız Qalası barədə simvolik düşüncələrlə başlayaraq sual verib: “Əfsanəyə görə Qız Qalasından özünü atan gənc qadın bu günkü süni intellektə sahib olsaydı, qərarı dəyişərdimi?”.

Onun çıxış “Sarı Gəlin” musiqisinin müşayiəti ilə təqdim edilib və milli kimliklə müasir texnologiyanın vəhdətini elmi auditoriyaya çatdırıb. Bu, elm, süni intellekt və mədəni mirasın sintezinin nümunəsi kimi yadda qalıb.

Layihə eyni zamanda ölkələrarası elmi mentorluq, tələbə mobilliyi və akademik əməkdaşlıq modeli kimi də dəyərləndirilib.



“Elmi körpülər yalnız texnologiya ilə deyil, kimlik və akademik dəyərlərlə möhkəmlənəndə davamlı olur. Bu modelin bir hissəsi olmaqdan və Azərbaycanın adını beynəlxalq elm mühitində ucaldan tələbələri dəstəkləməkdən qürur duyuram”, - deyə Dr. Sabrin Ali Azim bildirib.

Tədqiqat qrupuna həmçinin Dr. Şoaib R.Tippu, Suraj Sebastian və Dr. Marwah Abdullah da dəstək verib, layihə daha əvvəl Azərbaycan Tibb Universitetinin 95 illiyinə həsr olunmuş yubiley elmi konfransında da təqdim olunmuşdur.

Bu təşəbbüs süni intellekt, mədəni təmsilçilik və beynəlxalq akademik mentorluğun necə bir araya gələrək yeni əməkdaşlıq standartı formalaşdıra biləcəyini nümayiş etdirib və Azərbaycanla BƏƏ arasında davamlı elmi körpünün qurulduğunu sübut edib.





Xəbər 1344 dəfə oxunub.




29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +