Amal Qrup Qubadlıda podratçının ödənişini vermir
Qızını döyüb videoya çəkən ana ilə bağlı - DİN-dən açıqlama
Roma Papası Ukrayna üçün dua oxumağa çağırıb
Mehdiyevə 10 il həbs tələbi, Azad Rəhimovun oğlu isə...
AZCON-un icraçı direktoru kimdir?
Ermənistan-Azərbaycan danışıqlarında niyə fasilə yaranıb?
Yevlaxda məktəbli intihar edib
Biz niyə “Oskar” üzünə HƏSRƏTİK?
“Laser Beauty Estetik Klinika”sı cərimələndi
Putin və Tramp sonuncu dəfə nə zaman danışıb?


29.12.2023  11:34 

Azərbaycanda yeni nazirlik yaradılacaq





A+  A-

2024-cü ilin ilk rübündə Azərbaycanda yeni nazirlik yaradılacaq. Yeni nazirlik Mədəniyyət Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin bazasında yaradılacaq.

Belə ki, bu iki nazirlik vahid qurumda birləşdiriləcək.

Yeni nazirliyə kimin rəhbərlik edəcəyinə gəlincə, məlumatlı mənbə onun nə hazırkı Mədəniyyət naziri Adil Kərimli, nə də Gənclər və İdman naziri Fərid Qayıbov olmyacağını bildirib.

Mənbənin sözlərinə görə, nazirliyin birinci şəxsi surpriz isim olacaq.

Bununla belə, hazırkı nazirlər də işsiz qalmayacaq. Yeni strukturda həm Adil Kərimli, həm də Fərid Qayıbov nazir müavini postunu tutacaqlar. Gənclər və İdman nazirinın hazırkı müavinlərindən Fərid Hacıyevin də nazir müavini kimi postunu saxlayacağı bildirilir.

Müvafiq olaraq, A.Kərimli mədəniyyət, Fərid Qayıbov idman, Fərid Hacıyev isə gənclər sahələri üzrə fəaliyyətlərini davam etdirəcəklər./Bakupost.az

Xəbər 989 dəfə oxunub.




03.03.2025  14:48 

Yevlaxda məktəbli intihar edib

03.03.2025  12:35 

Siqaret yenə BAHALAŞDI - Səbəb?

03.03.2025  12:33 

Sabahdan havalar qızır

02.03.2025  17:51 

Cem Köksal azadlığa buraxıldı


BÜTÜN XƏBƏRLƏR +