Amal Qrup Qubadlıda podratçının ödənişini vermir
Qızını döyüb videoya çəkən ana ilə bağlı - DİN-dən açıqlama
Roma Papası Ukrayna üçün dua oxumağa çağırıb
Mehdiyevə 10 il həbs tələbi, Azad Rəhimovun oğlu isə...
AZCON-un icraçı direktoru kimdir?
Ermənistan-Azərbaycan danışıqlarında niyə fasilə yaranıb?
Yevlaxda məktəbli intihar edib
Biz niyə “Oskar” üzünə HƏSRƏTİK?
“Laser Beauty Estetik Klinika”sı cərimələndi
Putin və Tramp sonuncu dəfə nə zaman danışıb?


04.08.2021  11:38 

Baş həkim haqda cinayət işi başlandı





A+  A-

Saatlı rayon mərkəzi xəstəxanasında saxta əlillik dərəcəsinin verilməsi ilə bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Saatlı rayon prokurorluğundan XəzərNews.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Saatlı RMX-nın direktorunun müavini-baş həkimi işləyən Adəm Əliyev baş beyin qan dövranının pozulması xəstəliyinə görə müavinət almaq üçün ona müraciət edən qohumuna kömək etmək məqsədilə xəstəxananın digər vəzifəli şəxsləri ilə birlikdə əlbir olaraq sonuncunun adına tibbi sənədləri saxtalaşdırıb. Belə ki, əmək qabiliyyətinin olmaması vərəqələrində göstərilən xəstəxanaların heç birində ambulator və ya stasionar qaydada müalicə olunmadığı halda bununla bağlı bilə-bilə yalan məlumatlar daxil edərək həmin şəxsə 01.06.2019-cu il tarixdən 31.12.2019-cu il tarixədək Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 2 min 976 manat məbləğində pul müavinətinin ödənilməsini təmin edib.

Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq hərəkətləri aparılır.



Xəbər 2167 dəfə oxunub.



03.03.2025  14:48 

Yevlaxda məktəbli intihar edib

03.03.2025  12:35 

Siqaret yenə BAHALAŞDI - Səbəb?

03.03.2025  12:33 

Sabahdan havalar qızır

02.03.2025  17:51 

Cem Köksal azadlığa buraxıldı


BÜTÜN XƏBƏRLƏR +