Amal Qrup Qubadlıda podratçının ödənişini vermir
Qızını döyüb videoya çəkən ana ilə bağlı - DİN-dən açıqlama
Roma Papası Ukrayna üçün dua oxumağa çağırıb
Mehdiyevə 10 il həbs tələbi, Azad Rəhimovun oğlu isə...
AZCON-un icraçı direktoru kimdir?
Ermənistan-Azərbaycan danışıqlarında niyə fasilə yaranıb?
Yevlaxda məktəbli intihar edib
Biz niyə “Oskar” üzünə HƏSRƏTİK?
“Laser Beauty Estetik Klinika”sı cərimələndi
Putin və Tramp sonuncu dəfə nə zaman danışıb?


08.08.2017  17:49 

Azərbaycanın xarici ticarəti haqda rəqəmlər





A+  A-

2017-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 98 ölkəyə məhsul ixrac olunub, 166 ölkədən idxal olunub.
XəzərNews.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 10692,8 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 7283,1 milyon dollar, idxalın dəyəri 3409,7 milyon dollar təşkil edib, nəticədə 3873,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2016-cı ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,8 faiz artıb, real ifadədə isə 16,4 faiz, o cümlədən ixrac 8,6 faiz, idxal 28,6 faiz azalıb.

Ticarət dövriyyəsinin 39,0 faizi Avropa İttifaqı ölkələri, 13,6 faizi MDB üzvü dövlətləri, 47,4 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.

İdxal olunmuş məhsulların dəyərinin 19,4 faizi Rusiyanın, 16,8 faizi Türkiyənin, 9,8 faizi Çinin, 5,0 faizi Almaniyanın, 4,7 faizi Ukraynanın, 4,4 faizi ABŞ-ın, 4,0 faizi İtaliyanın, 3,7 faizi İranın, 3,3 faizi Birləşmiş Krallığın, 1,9 faizi Fransanın, hər biri 1,8 faiz olmaqla Qazaxıstan və Belarusun, 23,4 faizi isə digər ölkələrin payına düşüb.

2017-ci ilin yanvar-iyun aylarında 737,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-iyun aylarına nisbətən faktiki qiymətlərlə 26,8 faiz, real ifadədə isə 24,3 faiz çoxdur.

Xəbər 1352 dəfə oxunub.




03.03.2025  14:48 

Yevlaxda məktəbli intihar edib

03.03.2025  12:35 

Siqaret yenə BAHALAŞDI - Səbəb?

03.03.2025  12:33 

Sabahdan havalar qızır

02.03.2025  17:51 

Cem Köksal azadlığa buraxıldı


BÜTÜN XƏBƏRLƏR +