Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


18.03.2021  08:43 

İki həftədir axtarılan prezident ölübmüş





A+  A-

Tanzaniyanın iki həftədir harada olduğu bilinməyən prezidenti Con Maqufilinin öldüyü məlum olub.
XəzərNews.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Tanzaniya prezidentinin köməkçisi Samia Suluhu məsələ ilə bağlı açıqlama verib.

O, 61 yaşlı Prezident Con Maqufulinin öldüyünü elan edib.

Qeyd edək ki, sosial mediada onun yoxa çıxması ilə bağlı müxtəlif iddialar səsləndirilib.

İddiaya görə, afrikalı lider Keniyadakı Nairobi Xəstəxanasına müalicə üçün gətirilib, ancaq xəstənin adı rəsmi səviyyədə təsdiqlənmədiyi üçün açıqlanmayıb.

Xatırladaq ki, Tanzaniyada koronavirus pandemiyası olmadığını irəli sürən prezident yüksək vəzifəli şəxslərin ard-arda ölməsindən sonra xalqı təlaşa qapılmamağa çağırmışdı.

Koronavirusa qarşı heç bir tədbir almayan, qatıldığı tədbirlərdə maskasız görüntülənən prezident virusa qarşı meyvə yeməyi məsləhət görürdü.

O, xalqa nəfəs almada problem yaşayan zaman üç gün dua etməyi tövsiyə etmişdi.

Xəbər 1649 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +