Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


21.03.2024  23:33 

Ruslan Pənahov Şəmkir rayonuna gəlib





A+  A-

Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi, Ruslan Pənahov doğulduğu Şəmkir rayonuna gəlib.

Xəzərnews.az xəbər verir ki, Ruslan Pənahov bu gün axşam saatlarında ailəsinə qovuşub.

Qeyd edək ki, Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi martın 5-də Ermənistandan Bakıya gətirilib.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Ermənistan tərəfi isə açıqlama yayaraq, şərti sərhədi keçən Azərbaycan əsgərinin saxlanıldığını bildirib.

Ermənistanda Azərbaycan Ordusunun hərbçisinə qarşı uydurma ittihamlarla cinayət işi açılıb. Ruslan Pənahov müstəntiqin qərarı ilə həbs olunub.

Martın 4-də Ermənistan İstintaq Komitəsi Azərbaycan hərbçisi Ruslan Pənahovla bağlı cinayət təqibinə xitam verib. Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşmaya əsasən, eyni zamanda, xoşməramlı jest olaraq, Ruslan Pənahovun Azərbaycana təhvil verilməsi barədə qərar qəbul edilib.//APA


Xəbər 1427 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +