Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


20.03.2024  13:46 

Şirvanda narkokuryer saxlanıldı





A+  A-

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən şəhər sakini Mirzəliyev Xaliq saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Xəzərnews.az -a verilən məlumata görə, ondan 7 kiloqramdan artıq heroin aşkar edilib. X.Mirzəliyevin sosial şəbəkələr vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə narkokuryerliyə cəlb edildiyi müəyyən olunub.

Bundan başqa, Şirvan ŞPŞ-nin əməkdaşlarının martın əvvəlindən keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi məşğul olan, dələduzluq, oğurluq, xuliqanlıq və digər cinayətlər əməllərini törədən ümumilikdə 27 nəfər saxlanılıb.

Qanunsuz dövriyyədən 10 kiloqrama yaxın heroin, metamfetamin və marixuana çıxarılıb.

Qeyd edilən dövr ərzində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən və zərərçəkənlərin pullarını ələ keçirən 3, oğurluq 1 və xuliqanlıq edən 2 şəxs də saxlanılaraq məsuliyyətə cəlb olunub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.




Xəbər 3684 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +