Deyəcəksiniz ki, yox, bu hara, o hara?
Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb


20.01.2018  17:14 

Sarkisyan Fransaya gedir





A+  A-

Ermənistan prezidenti Serj Sarkisyan yanvarın 22-24-də Fransaya işgüzar səfər edəcək.
XəzərNews.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, prezidentin mətbuat xidmətindən bildirilib ki, səfər çərçivəsində Sarkisyan Fransa prezidenti Emmanuel Makron, Senatın rəhbəri Jerar Larşe, Fransa-Ermənistan parlament dostluq qrupunun üzvləri ilə görüşlər keçirəcək.

Görüşlərin yekununda prezidentlər Makron və Sarkisyan birgə mətbuat konfransı keçirəcəklər.

Ermənistan prezidenti Paris şəhər meriyasında Fransa erməni icmasının nümayəndələri və şəhər meri ilə də görüşəcək.

Yanvarın 24-də Sarkisyan Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında iştirak edəcək və orada çıxış edəcək, sonra deputatların suallarını cavablandıracaq.

Ermənistan prezidenti Avropa Şurasının baş katibi T.Yaqland, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin sədri Qvido Raymondi ilə də görüşəcək.

Xəbər 1497 dəfə oxunub.




31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +