Deyəcəksiniz ki, yox, bu hara, o hara?
Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb


13.12.2017  14:05 

Ərdoğandan dünyaya ÇAĞIRIŞ





A+  A-

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İsraili terrorçu dövlət adlandırıb.
XəzərNews.az Türkiyə KİV-nə Istinadən xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən toplantısında çıxış edən Türkiyə prezideti Qüdsü Fələstin dövlətinin paytaxtı elan olunmasını da təklif edib.

Onun sözlərinə görə, Qüdsün tarixi və hüquqi statusuna təcavüz edilib. Ərdoğan ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımağını pisləyərək, bu qərarın hüquqi qüvvəsi olmadığını, onun sülh istəyən fələstinlilərin cəzalandırılması demək olduğunu vurğulayıb.

"Mən hamını Qüdsü Fələstin dövlətinin işğal altında olan paytaxtı olaraq tanımağa dəvət edirəm", -deyə Rəcəb Tayyip Ərdoğan dünyaya səsələnib.

Dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı işə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev də Ərdoğanın dəvəti ilə Zirvə toplantısında iştirak edir.

“Qüdslə həmrəylik üçün birlikdə hərəkət” devizi altında keçirilən Zirvə toplantısına 50-dək ölkədən dövlət və hökumət başçıları qatılıb.

Xəbər 1501 dəfə oxunub.




31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +