Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu


20.10.2023  13:59 

Bizim bir düşmənimiz var və bunu hamı bilir -Şahramanyan





A+  A-

“Artsax” hələ də buraxılmayıb və bu proseslə bağlı çoxlu məsələlər var. Bizim bir düşmənimiz var və bunu hamı bilir. Bizim öz xalqımızın taleyini təhlükəyə atmağa haqqımız yoxdur”.

Xəzərnews.az “Aysor”a istinadla xəbər verir ki, bu sözləri Qarabağdan Ermənistana qaçan qondarma rejimin sonuncu “prezident”i Samvel Şahramanyan deyib.

Hazırda İrəvanda şirə dönən Şahramanyan imzaladığı “fərman”a və imzasına hörmət etməyərək dediklərini danmaqda davam edir.

“Artsax Respublikası” ləğv olunmayıb. “Fərman” və onun hansı şəraitdə ortaya çıxması ilə bağlı daha ətraflı və təfərrüatlı şəkildə Ermənistanın İctimai Televiziyasının efirində açıq şəkildə danışacağam. Heç bir sənəd “xalq referendumu” ilə yaradılan “Artsax Respublikası”nı ləğv edə bilməz”, – o, əlavə edib.

Xatırladaq ki, sentyabrın 28-də qapana qısılan separatçıların “rəhbəri” canını qurtarmaq naminə qondarma rejimin ləğvi barəsində “fərman” imzalamışdı. Belə ki, 1 yanvar 2024-cü ilə qədər separatçı “Artsax”a aid bütün “dövlət qurumları” özünü buraxmalı və reinteqrasiya məsələsi ilə bağlı danışıqlar start götürməli idi.

Lakin buna baxmayaraq, Baş nazir Nikol Paşinyanın qəbuluna düşə bilməyən baş separatçı bu gün İrəvanda oturaraq qondarma “Artsax” xülyasını davam etdirib Azərbaycana ultimatum göndərməkdə davam edir. Sözsüz ki, imzası nədir, heç özünə belə hörmət etməyən erməni xisləti burada da özünü büruzə verib. S. Şahramanyanın son sözləri isə tüpürdüyünü yalamaqdan başqa bir şey deyil.

Xəbər 1564 dəfə oxunub.




30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +