Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb
Yanukoviç dövrünün siyasətçisi saxlanılıb
Şəhid olan üç hərbçinin dəfn mərasimi keçirildi
Raket düşən səfirliyimiz - Video
Azərbaycan Rusiyaya nota verdi
Masazırda qanunsuz tikililər söküldü
Bu komissiyanın tərkibi genişləndirildi - FƏRMAN
Türkiyədə əməliyyat – Azərbaycan polisi...
Doğum azalır: 10,1-dən 9,4-ə düşüb
9 ayda 15480 boşanma qeydə alınıb


14.11.2025  11:54 

Təzə təyinatlar, köhnə travmalar...





A+  A-

Prezident İlham Əliyevin bir neçə rayonun icra başçısını dəyişməsi haqqında sərəncamlardan sonra sosial şəbəkələrdə, saytlarda yeni təyin olunan şəxslərin hansı vəzifəli və ya tanınmış adamların övladları, qohumları və ya yaxınları olması barədə məlumatlar yayıldı. Bu xəbərlərin, paylaşım dalğasının ardından cəmiyyətdə eyni sual yenidən gündəmə gəldi: “Bəs bu təyinatlar hansı meyara görə edilir? Doğrudanmı, ölkədə vəzifə təyinatları yalnız qohumluq bağları üzərindən verilir?”

Bu narazılıq ilk baxışda emosional görünə bilər. Amma əslində, bu sualları doğuran cəmiyyətin içində yığılan uzun illərin ədalət gözləntisi, şəffaflıq tələbi və güvənsizlik sindromudur...

Qohum olmaq hüquqi qadağadır?

Azərbaycan qanunvericiliyinə görə, dövlət qulluğuna qəbul və rəhbər vəzifələrə təyinat zamanı əsas meyarlar təcrübə, təhsil, səriştə, peşəkarlıq və məsuliyyət daşıma qabiliyyətidir. Qohumluq əlaqəsi isə qanuni qadağa deyil. Yəni kimsə yüksək vəzifəli şəxsin övladı və ya yaxın qohumu olduğu üçün dövlət işindən məhrum edilə bilməz.

Hüquqi baxımdan bu məsələdə 3 əsas amil nəzərə alınmalıdır. Bunlar maraqlar toqquşması baş verməməsi, korrupsiya risklərinin olmaması və vəzifə səlahiyyətlərindən sui-istifadə şəraiti yaranmasından ibarətdir. Başqa sözlə, hüquqi müstəvidə bu təyinatlarla bağlı hər hansı məhdudiyyət və ya problem yoxdur. Problem yalnız keçmiş acı təcrübələrin yaratdığı travmadadır. Yəni cəmiyyətin qıcıqlanmasının kökündə ədalət anlayışının zədələnməsi dayanır.

Uzun illər boyu bəzi təyinatların şəffaf meyarlara əsaslanmadığını görən insanlar indi hər yeni təyinatı avtomatik olaraq “qohumbazlıq” prizmasından qiymətləndirirlər. Bu, bəzən doğru, bəzən isə yanlış psixoloji refleksdir.

Kadr siyasətində əsas meyar şəffaflıq olsa da, cəmiyyətin sualı dəyişmir: “Bu adam nə edib ki, vəzifəyə gəlib?”, “Onun gözə görünən bir xidməti olubmu?”,“Yoxsa yenə kimsə xahiş edib, kiminsə xətrinə edilib?” və s.

Qohumluğun "görünməyən" tərəfi - peşə ailədən gəlir

Məsələnin sosioloji tərəfi də var ki, bu da əksər hallarda nəzərdən qaçırılır. Belə ki, istər ABŞ-də, istər Avropada, istər qonşu Türkiyədə müəyyən sahələrin ailə ənənəsi ilə davam etməsi tamamilə normal haldır. Məsələn, həkim ailəsində övladlar da həkim olur,• hüquqşünas ailəsində doğuilanlar bu sahəıni seçir, yaxud oğul hərbçi olan atanın yolunu davam etdirir və s. Başqa sözlə, bir çox gənclərin peşə seçimi çox vaxt mühitin təsirilə baş verir.

Azərbaycan cəmiyyəti də tarixən bu model üzərində qurulub. Qədim türk ənənəsində “ata kimdirsə, oğul da odur” prinsipi həm peşə, həm də idarəçilik təcrübəsinin ötürülməsində mühüm rol oynayıb.

Tarix boyu bir çox sənət sahələri — misgərlik, xalçaçılıq, zərgərlik, ağac oymaçılığı, muğam ifaçılığı, aşıq sənəti nəsildən-nəslə ötürülərək bu günə gəlib çıxıb. Məhz bu davamçılıq Azərbaycan tarixinin və mədəniyyətinin rəngarəngliyini qoruyub saxlayıb.

Belə ailələrdə uşaqlar kiçik yaşdan həmin peşənin içində böyüyür, mühitin dili ilə danışır və nəticədə daha peşəkar və daha hazırlıqlı nəslin formalaşmasına səbəb olurlar. Bu, qohumbazlıq yox, peşə məktəbinin ailə daxilində davam etməsi kimi dəyərləndirilə bilər.

İdarəçilik və dövlət qulluğu da çox hallarda bu mexanizmdən kənarda qalmır. Dövlətçilik mühiti olan ailələrdə yetişən övladların həmin sahəyə maraq göstərməsi tamamilə təbiidir.

Beləliklə, problem heç də qohumluq əlaqələrində deyil, təyinatların şəffaf meyarlarla izah olunmamasındadır. Cəmiyyət yeni icra başçısı təqdim edilən zaman onun hansı təhsilə yiyələndiyi, hansı nailiyyətlərə imza atdığını görmədikdə ilk verdiyi reaksiya təbii olaraq “qohumbazlıq” olur. Məhz buna görə qohumluq faktı bəzən real bacarığı kölgədə qoyur.

“Mənim uşağımın şansı varmı?”

İnsanların qıcıqlanmasının ən vacib psixoloji səbəblərindən biri dəə öz övladları ilə bağlıdır. Valideynlər inanmaq istəyir ki, onun övladı da peşəkarlığı, biliyi və zəhməti ilə irəli gedə bilər. Əgər təyinatlarda şəffaflıq hiss olunmazsa, cəmiyyət belə düşünür: “Deməli, yenə eyni adamlar irəli verilir”, “Bacarıqlı gənclər yenə kənarda qalacaq” və s. Bu qorxu əslində hakimiyyətə qarşı deyil, gələcəklə bağlı narahatlıqlarla əlaqədardır.

Ancaq cəmiyyətin gözləntisi mürəkkəb deyil. Hamı istəyir ki, birincisi, yeni təyinat alan şəxslərin peşəkar dosyesi ictimaiyyətə açıq şəkildə təqdim olunsun. Hər kəs görsün ki, bu insan təsadüfən deyil, real işinə görə yeni vəzifəyə təyinat alıb. İkinci gözlənti icra başçıları üçün konkret nəticə əsaslı qiymətləndirmə sisteminin tətbiq edilməsidir. Söhbət rayonun inkişafı, sosial xidmətlər, investisiya mühiti, infrastrukturun qaydasında olmasından, seçim proseslərində gənclərin, peşəkarların, müsabiqədən keçənlərin rolunun artırılmasındna gedir. Bütün bunlar təmin edildikdə “qapalı çevrə” mifi öz-özünə dağılacaq.

Beləliklə, qapılar insanlara kimin qohumu olduğuna görə yox, ədalətə prinsipinə görə açılmalıdır. Ədalət isə tələb edir ki, qohumu olan da, olmayan da eyni meyarla yoxlanılsın və yalnız öz bacarığı ilə irəli getsin. Şəffaf sistem qurulduqca, cəmiyyət kimin kimə qohum olduğuna yox, kimin nə iş gördüyünə baxacaq.

Azər
BakuPost


Xəbər 618 dəfə oxunub.




14.11.2025  17:27 

Raket düşən səfirliyimiz - Video

14.11.2025  15:59 

Azərbaycan Rusiyaya nota verdi

14.11.2025  15:21 

“Aztelekom”da nə baş verir?

14.11.2025  12:54 

“Səs” qəzeti niyə bağlanır?

14.11.2025  12:05 

75 yaşlı kişini əsir etmisiz

14.11.2025  11:58 

Sabirabadda qətl: Güllələdi...


BÜTÜN XƏBƏRLƏR +