Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...


31.05.2021  19:15 

Azərbaycanda yeni televiziya kanalı açılacaq





A+  A-

Milli Televiziya və Radio Şurası təhsil və elmi-maarifləndirici ümumrespublika televiziya kanalının açılması üçün müsabiqə elan edib.
XəzərNews.az xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasınınbu gün keçirilən iclasında bildirilib.

İclasda televiziya və radio yayımı sahəsində mövcud vəziyyət, həmçinin, ümumrespublika televiziya yayımında janr müxtəlifliyi məsələləri müzakirə olunub. Qeyd edilib ki, hazırda ümumölkə statuslu mövcud 11 televiziya kanalından 2-si idman, 2-si xəbər, 1-i mədəniyyət və qalan 6-ı isə ümumi janrlıdır.

İnformasiya texnologiyalarının inkişafı ilə təhsil və elm sahəsinə gələn yenilikləri, son zamanlar elm və təhsil sahəsində baş verən davamlı inkişafı, cəmiyyətin bu sahəyə maraq və diqqətini, ictimaiyyətin və media ekspertlərinin teleradio yayımında elmi-maaridləndirici janra böyük tələbatın olması barədə fikirlərini nəzərə alaraq təhsil və elmi-maarifləndirici istiqamətdə ixtisaslaşmış televiziya kanalının açılması məqsədəuyğun hesab edilib.

Müzakirələrdən sonra ixtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci TV kanalı, HD yayım üçün 34-cü TV yayım kanalı) 07 iyun 2021-ci il tarixdən 07 iyul 2021-ci il tarixədək müsabiqə elan edilməsi barədə qərar qəbul edib.

İclasda, həmçinin, Bakı şəhəri və Abşeron yarımadası ərazisində Azərbaycan Respublikasına məxsus ümumrespublika televiziya proqramlarının və Türkiyə Respublikasının "TRT-1" televiziya kanalının yayım paketlərində olan siyahısının yenilənməsi barədə qərar qəbul olunub.

Xəbər 1648 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +