Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


21.03.2020  15:36 

Quldurluq edən əmioğlular saxlanıldı





A+  A-

Balakənin Gərəkli kəndində quldurluq edən əmioğlular saxlanılıb.
DİN-dən XəzərNews.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən aparılmış araşdırmalarla müəyyən edilib ki, martın 17-də saat 23 radələrində kənd sakini Vaqif Rüstəmova məxsus mağazaya oğurluq məqsədilə gəlmiş 2 nəfər şəxs mağaza sahibinin orada olduğunu bildikdə onu arxadan boğaraq bıçaqla xəsarət yetirmək istəyiblər. V.Rüstəmov həmin şəxslərə qarşı müqavimət göstərdikdə onlar qaçaraq həmin ərazidən uzaqlaşıblar.

Polis əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayətini törətmiş şəxslərin zərərçəkmişin həmkəndliləri, əvvəllər məhkum olunmuş 23 yaşlı Abdulla Abdullayev və 27 yaşlı Orxan Abdullayev olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılıb, törətdikləri cinayət əməlini etiraf ediblər.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.

Xəbər 1320 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +