Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


14.11.2023  18:11 

Finlandiya Rusiya ilə keçid məntəqələrini bağlayacaq





A+  A-

Finlandiya Daxili İşlər Nazirliyi Somali, Yəmən, Suriya və digər ölkələrdən qaçqınların nəzarətsiz gəlməsi ilə əlaqədar Rusiya Federasiyası ilə sərhəddə keçid məntəqələrinin fəaliyyətini məhdudlaşdırmaq üçün qanunvericilik təklifləri hazırlayır.

Xəzərnews.az xəbər verir ki, bu barədə Finlandiyanın daxili işlər naziri Mari Rantanen mətbuata brifinqi zamanı bildirib.

Ratanenin sözlərinə görə, hazırda departament Finlandiyanın mövcud qanunvericiliyi ilə icazə verilən sərhəd-keçid məntəqələrinin bağlanması və ya onların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı təklif hazırlayır.

O qeyd edib ki, son bir həftə ərzində Rusiyadan Finlandiya sərhəddinə 71 sığınacaq axtaran şəxs gəlib. Nazir müvafiq məsələnin Rusiya Federasiyasının rəhbərliyi ilə müzakirə olunduğunu, lakin istənilən nəticəni vermədiyini vurğulayıb.

Ratanen əlavə edib ki, görülən tədbirlər, yəqin ki, keçid məntəqələrinin iş saatlarını məhdudlaşdırmaq qədər yumşaq olmayacaq və ölkə hakimiyyəti daha sərt tədbirlər görəcək, o cümlədən keçid məntəqələrini bağlayacaq.


Xəbər 1176 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +