Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


23.03.2022  10:39 

Vəlihəd İlham Əliyevlə nəyi müzakirə edib?





A+  A-

Əbu-Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nahyan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

XəzərNews.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub, xüsusilə iqtisadi, ticari, enerji və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Söhbət əsnasında tərəflər Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin sərmayəsi ilə Azərbaycanda bu yaxınlarda əsası qoyulmuş 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı bir-birini təbrik ediblər.

Məhəmməd bin Zayed Əl Nahyan BƏƏ-nin bərpaolunun enerji sahəsində Azərbaycan ilə strateji əməkdaşlığı inkişaf etdirmək və təqdim olunan layihələri dəstəkləməkdə maraqlı olduğunu ifadə edib.

Dövlət başçısı bərpaolunan enerji sahəsində ölkəmizin böyük potensialının olduğunu qeyd edərək “Masdar” şirkətinin sərmayəsi ilə tikilməkdə olan 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı, həmçinin Ukraynada baş verən hadisələr fonunda dünya enerji bazarında sabitliyin təmin olunması, beynəlxalq və regional gündəliyə aid olan və qarşılıqlı maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.


Xəbər 2100 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +