Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


18.11.2021  13:30 

Bu deputatlar kirayədə qalır - ADLAR





A+  A-

Milli Məclisin ötən gün keçirilən iclasında deputat Razi Nurullayevin evsiz deputatların kirayə haqlarının qaldırılması ilə bağlı təklifi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Vətəndaşların çoxu deputatların şəxsi mənzillərinin olmaması və kirayədə qalması məsələsinə təəccüblənib, hətta buna inanmadığını dilə gətirənlər də var. R. Nurullayev sözügedən çıxışında hazırda evsiz həmkarlarına verilən 220 manat kirayə haqqının artırılmasını təklif edib.

XəzərNews.az xəbər verir ki, “Qafqazinfo” kirayədə qalan deputatların bir neçəsinin adlarını öyrənə bilib. Söhbət həmin millət vəkillərinin Bakı şəhərində kirayə qalmasından gedir. Hazırda parlamentin tərkibində müxtəlif rayonları təmsil edən 12-yə yaxın deputat Bakıda kirayə mənzillərdə qaldığına görə aylıq 220 manat kirayə pulu alır.

Həmin deputatlar Emin Hacıyev, Cavid Osmanov, Vüqar İskəndərov, Ramil Həsən, Cəbi Quliyev, Ülviyyə Həmzəyeva, Müşfiq Cəfərov, Pərvin Kazımzadə, Naqif Həmzəyev və digərləridir.

Xəbər 3541 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +