“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


02.11.2021  16:28 

Regionda “Altılıq“ platforması qurula bilərmi?





A+  A-

“İkinci Qarabağ müharibəsindən sonra, regionda yeni geosiyasi və geoiqtisadi nizam formalaşır. Xüsusilə, regionda sülhə və əməkdaşlığa xidmət edə biləcək, bölgə ölkələrinin iqtisadi inteqrasiyasını həyata keçirə biləcək Türkiyə prezidentinin təklif etdiyi iqtisadi əməkdaşlığı özündə ehtiva edən, Türkiyə, Azərbaycan, Rusiya, İran, Gürcüstan və Ermənistanın daxil olacağı "Altılıq" platformasının baş tutması sual olaraq qalır”.

XezerNews.az
xəbər verir ki, bu barədə açıqlama ilə Milli Cəbhə Partiyası sədrinin muavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə çıxış edib.

M.Əsədullazadə bildirib ki, İran Türkiyənin belə bir paltformada siyasi mövqeyinin artacağından dolayı, belə bir formatı qəbul etmir:

“Son aylarda Tehranın deusturiktiv mövqeyi bunu bir daha göstərdi. Xüsusilə, İranda hakimiyyətdə olan mühafizakarlar Türkiyə və Azərbaycana qarşı rəqib kimi baxırlar.
Gürcüstana gəldikdə isə, bu ölkədə "3+3" platformasına isti baxmır.

Rusiya ilə məlum əlaqələri qeyd edərək, belə bir layhihədə yer almayacağını bəyan edib.
Halbuki, Tiflisin belə bir paltformada yer almasının qarşısnı ABŞ alır. Vaşinqton da Türkiyənin Cənubi Qafqazda artan regional nüfuzunu qəbul etmir və belə bir platformaya qarşıdır. Çünki, Vaşiqnton Türkiyənin regional gücə çevrilməsində maraqlı deyil”.

Politoloq qeyd edib ki, G20 zirvəsində Türkiyə prezidenti R.T.Ərdoğan "Altılıq" platformasını ABŞ və Fransa prezidentləri də müzakirə edib:

“Hər iki ölkənin belə bir platformanın Ankaranın birbaşa vasitəçilyi ilə yaradılmasını qəbul etməsə də, cənab T.R.Ərdoğan bununla Cənubi Qafqazda Türkiyənin artan təkbaşına regional bir nizamı formalaşdırmaq gücündə olduğu mesajını vermiş olur.
Qeyd edim ki, regionda "Altılıq" platformasının qurulması mümkün görünümür. "3+3" format əvəzinə "2+2" format onda ola bilər. Bu da "Zəngəzur" dəhlizi açıldıqdan sonra, Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan burada yer ala bilər. "Zəngəzur" dəhlizinin açılması isə, Mərkəzi Asiya ölkələrinin də regionla əməkdaşlığı artar və Ankaranın vasitəçilyi ilə yeni bir iqtisadi əməkdaşlıq təşkilatı ayaradıla bilər. Ona görə də "Altılıq" platformasının yaradılması mümkün deyil. Bunun əvəzində,yeni bir iqtisadi əməkdaşlıq təşkilatı yaradıla bilər”.

Sədrəddin Vahaboğlu
XezerNews.az


Xəbər 1547 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +