Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


26.02.2018  12:21 

İlham Əliyev Ərdoğana zəng etdi





A+  A-

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
XəzərNews.az-ın məlumatına görə, dövlət başçısı prezident Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, qardaş Türkiyə xalqının firavanlığı naminə prezidentlik fəaliyyətində ona uğurlar və möhkəm cansağlığı arzulayıb.

Türkiyə prezidenti göstərilən diqqətə və təbrikə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı nəticəsində günahsız insanların ermənilər tərəfindən qətlə yetirilməsini bir daha pisləyib, bu faciə ilə bağlı Azərbaycan prezidentinə və xalqımıza baş sağlığı verib.

Dövlət başçısı başsağlığına görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev və prezident Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər.

Xəbər 1853 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +