Yeni tikili binalarda qaraj fırıldağı - VİDEO
CHP-li bələdiyyə başqanı Öcalanı təhqir etdi: “Erməni atan...”
Ceyhun Bayramov Abu-Dabiyə səfər edib
ATƏT Krivoy Roqa görə təcili iclas çağırdı
Ədalət Verdiyev azadlığa buraxıldı
Kiyevdə mənzil kirayələri ucuzlaşıb - Qiymətlər
53 nəfərin mənzilindən qaz sayğaclarını oğurlayıblar
51 nəfərin diplomu tanınmayıb - Səbəb?
Xanlar Vəliyev vəzifəsindən gedir?
“AFB Bank” kredit faizlərini artırıb


24.01.2018  16:21 

“Məzarlıqlar və dəfn mərasiminə dair qaydalar hazırdır“





A+  A-

“Azərbaycanda məzarlıqlarla bağlı qərar layihəsi olmayacaq, bununla bağlı Nazirlər Kabinetiməzarlıqlar və dəfn mərasimini tənzimləyən qaydaları təsdiq edəcək. Qaydalar artıq hazırdır, təsdiq olunma ərəfəsindədir”.
XəzərNews.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədri qeyd edib ki, bu qaydaları özündə ehtiva edən sənəd artıq bütün müzakirələrdən keçib: “Nazirlər Kabinetində buna dəfələrlə baxılıb. Sadəcə, bu, çox həssas mövzudur və hərtərəfli araşdırılmalıdır. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin də rəyi var, bizim komitə də qaydalara baxıb.

Bu məsələ Nazirlər Kabinetində ekspertlərin, hüquqşünasların, sosioloqların, o cümlədən ilahiyyatçı alimlərin iştirakı ilə müzakirə olunub. Artıq bütün mərhələlərdən keçib. Hesab edirəm ki, qaydalar yaxın vaxtlarda təsdiq olunacaq. Bununla bağlı heç bir sual, hər hansı əngəl yoxdur. Sadəcə, sənəd müxtəlif instansiyalardan keçməli və müzakirə olunmalıydı. Bu, olduqca həssas məsələ olduğu üçün tələskənliyə yol verilmir. Nazirlər Kabineti prosedura uyğun olaraq, qaydaları yaxın vaxtlarda təsdiq edəcək”, - deyə M. Qurbanlı bildirib.

Xəbər 2065 dəfə oxunub.




07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!

07.04.2025  15:38 

Fürsətcilin ÖZÜNÜİFŞASI


BÜTÜN XƏBƏRLƏR +