Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur
Sabah 21° isti olacaq
Frans-Pressin təxribatına cavab veriləcəkmi?


15.12.2017  11:56 

“ASAN Viza“ sistemində yeniliklər





A+  A-

“ASAN Viza” sisteminin inkişafı və istifadəçi rahatlığının təmin edilməsi ilə bağlı tədbirlər çərçivəsində “ASAN Viza” sistemində təkmilləşdirmə işləri aparılaraq portalın fransız dili versiyası istifadəyə verilib.
Bu barədə XəzərNews.az-a ASAN-dan məlumat verilib.

Hazırda portal 6 dildə (Azərbaycan, ingilis, fransız, ərəb, fars və rus) fəaliyyət göstərir.

Əlavə olaraq əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin miqrasiya qaydalarına dair məlumatlandırmasını təmin etmək və müvəqqəti qeydiyyatın aparılması məqsədilə “ASAN Viza” portalı üzərindən Dövlət Miqrasiya Xidmətinin internet səhifəsinə keçid təmin edilib.

Xatırladaq ki, “ASAN Viza” sistemi prezident İlham Əliyevin 2016-cı il 1 iyun tarixli “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərmanı ilə yaradılıb.

Sistem vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər standard elektron vizanı 3 iş günü, sürətləndirilmiş qaydada isə 3 saat ərzində 3 addımla (müraciət et, ödəniş et və e-vizanı yüklə) əldə edə bilər.

Qeyd edək ki, elektron viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli sənəddir. Elektron vizalar yalnız siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənən 94 ölkənin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə rəsmiləşdirilir.

“ASAN Viza” sistemi xarici vətəndaşlara qrup şəklində viza müraciətini təklif edir. Qrup müraciətləri minimum 2, maksimum isə 10 nəfər üçün nəzərdə tutulub. Qrup üzvləri üçün olunan müraciətdə bir elektron poçt ünvanı istifadə və bir ödəniş əməliyyatını etməklə bir neçə müraciət ərizəsi yaradıla bilər.

Xəbər 1807 dəfə oxunub.



29.04.2025  13:33 

Sabah 21° isti olacaq

28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi


BÜTÜN XƏBƏRLƏR +