Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


17.03.2023  17:07 

Azərbaycanla bağlı qəbul edilən hesbatın müəllifi kimdir?





A+  A-

Avropa Parlamentinin qəbul etdiyi “Aİ-Azərbaycan münasibətləri” adlı hesabatın əsas müəllifi Jelyana Zovko Bosniya və Hersoqivinada doğulmuş xorvatdır.

1990-cı illərdə Şimali London Universitetində fransız dilini öyrənib. Bosniyanın Fransa və İspaniyada səfiri olub.

2016-cı ildən Avropa Parlamentindən Xorvatiyanı təmsil edir.

İslamofob və türkofobdur. Kipr məəsləsində Türkiyə əleyhinə mövqe tutur.

Xanım Zovko Avropa Paralmentinin Bosniyanı dəstəkləyən qətnaməsi əleyhinə kampaniya aparımışdı ki, orda yalnız müsəlman boşnakların hüquqları qorunur, amma konstitusion xalqların(yəni serblər və xorvatlar) hüquqları haqda heç nə yoxdur.

II Qarabağ münaqişəsi bitəndən bəri sistemli şəkildə Azərbaycan əleyhinə çıxışlar edir, sənədlər təqdim edir.

2021-ci il martında erməni əsirləri azad etmək üçün Azərbaycana müraciət etmişdi.
2022- ci il martında Azərbaycanı Qarabağda "mədəni genosid" törətməkdə ittiham etmişdi.

Avropa Parlamentinin kiprli deputatı Kostas Mavrides ilə birlikdə YUNESKO-nu erməni mədəni irsinin dağıdılması siqnallarını araşdırmaq və vəziyyəti yerində araşdırmaq üçün təcili faktaraşdırıcı missiya başlatmağa və onu Dağlıq Qarabağa və ətraf rayonlara göndərməyə çağırmışdı.

Bu ilin yanvarında isə rəsmi Bakını Laçın dəhlizinin blokadasına dərhal son qoymaq üçün bütün lazımi tədbirləri görməyə çağırırdı.

Barəsində danışılan son sənəd Zovkonun antiazərəbaycan təşəbbüslərinin davamıdır və qəribədir ki, yenə də mart ayına təsadüf edir...

Cəmaləddin Quliyev

Xəbər 1498 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +