Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


27.02.2023  12:53 

Hesab alıb susan jurnalist, yoxsa hesab soran jurnalist?





A+  A-

Hesab alıb susan jurnalist, yoxsa hesab soran jurnalist? Şəxsən mənim üçün bunun heç biri məqbul deyil. Hesab alıb susan jurnalistin peşə əxlaqı yoxdur, hesab soran jurnalistin isə peşəkarlığı. Ancaq ortada amansız bir gerçəklik var.

Cəmiyyət o qədər ədalətsizliklər içərisindədir, ədalətsiz siyasi sistem insanların qanını zəli kimi o qədər sovurub ki, onlar üçün peşəkarlıq maraqlı deyil. İnsanlar onların haqqını yeyənlərə, onları əzənlərə qarşı istənilən formada mübarizəni məqbul sayır və bundan zövq alır.

Get-gedə də bu zövq vərdişə çevrilir. Bu kimə sərf edir, bilmirəm. Sabah küçədə bir məmurun üzünə tüpür, videosunu paylaş, böyük əksəriyyət tüpürəni müdafiə edəcək.

Çünki insanların üzünə o qədər tüpürüblər ki, əksəriyyət sistemdən, idarəçilikdən, hətta özündən də iyrənir. Şəxsən mən əvvəl öz ürəyimdə jurnalistin qeyri-peşəkarlığını qınadım. Ancaq düşünəndə ki, onun qarşısında dayanan ömür boyu yeyib yatmış İcra başçısı Bayram Səfərovdur, istər-istəməz seçim qarşısında qaldım və özümü jurnalistin tərəfində gördüm. Çünki Bayram Səfərovun "saa dəxli var?" sözü əslində, jurnalistə yox, Azərbaycan xalqına deyilmiş sözdür və o, bu cür ritorikaya vərdiş edib.

Ümumiyyətlə, sistem o qədər ədalətsizdir ki, onun hansısa bir fərdinə qarşı çıxan nəinki gənc bir jurnalist, hətta ən murdar adam da kənardan mələk kimi görünür.

Kəramət Böyükçöl

Xəbər 1384 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +