Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


07.04.2022  11:34 

Qadın xeylağı da işdən bu vaxt çıxar?





A+  A-

Tanınmış tele-jurnalist Vüsalə Məmmədova feyasbuk sosial şəbəkəsində maraqlı paylaşım edib. XəzərNews.az xəbər verir ki, xanım jurnalist paylaşımında bir axşam işdən evə gedərkən taksidə başına gələn hadisələri nəql edir.

V.Məmmədovanın paylaşımını olduğu kimi təqdim edirik:

"Bir axşam işdən çıxıb taksiyə əyləşəndə gördüm sürücünün yanında bir qadın əyləşib. Sürücü dedi, "əyləşin, mamamdır!"

Bu mama evə qədər məni danladı ki, qadın xeylağı da işdən bu vaxt çıxar?

Sürücü çox pərt idi, arada pıçıldayırdı: "Mama, nəyinə lazımdır?"

Mən isə mutlu idim:

Əvvəla ona görə ki, 10 il əvvəlin Vüsaləsi qadına elə cavab verərdi ki, arvad maşını saxladıb, yolda düşər və ömrünün sonuna qədər belə ədəbsiz söhbətləri heç övladları ilə etməzdi. İndi heç cavab vermirdim, çünki zamanla çılğınlığımı cilovlamağı, enerjimi hər kəsə tükətməməyi öyrənmişəm. Həyatımın da, zamanımın da dəyərini anlayıram. Buna görə sevinirdim.

İkincisi də ona görə ki, mənim anam heç vaxt kiməsə belə suallar verib nə özünü gülünc günə qoyar, nə övladlarını pərt edər. Qürur duyurdum! Mükafatım olan anama görə taleyimə növbəti dəfə minnətdar idim!

Dediyim odur ki, həyat çox qısadır, hətta öz həyatımızı yaşamağa çatmayacaq qədər qısa. Ora bizə aid olmayan sualları yükləməklə nə qazanırıq? Kimlə harda gəldi dilləşməklə, insanları ittiham etməklə ömrü tükətmək bir şey deyil.

Həm də həyatda elə düşünməli, elə davranmalı, elə danışmalı ki, yaxınlarımız bizə görə utanmasın!

Sevgilər!"

Xəbər 3845 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +