Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


10.02.2021  12:51 

Azərbaycan-Gürcüstan sərhədində yeni buraxılış məntəqəsi açılacaq





A+  A-

Gürcüstanın maliyyə naziri İvane Maçavariani Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə görüşüb. Tərəflər həm ikitərəfli, həm də çoxtərəfli formatda qarşılıqlı əməkdaşlığı müzakirə ediblər.
XəzərNews.az xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyi məlumat verib.

İ.Maçavariani Azərbaycanın Gürcüstanın strateji tərəfdaşı olduğunu, nümunəvi dostluq münasibətləri quran iki ölkəni ortaq iqtisadi və geosiyasi maraqların birləşdirdiyini vurğulayıb.

Tərəflər iqtisadi, tranzit və nəqliyyat sahələrində tərəfdaşlığın vacibliyini qeyd edib və yeni sərhəd keçid məntəqəsinin birgə inşası layihəsini müzakirə ediblər. Layihə sayəsində sərhəd keçid prosedurları əhəmiyyətli dərəcədə sürətləndiriləcəyi və sadələşdiriləcəyi, iki ölkə arasında nəqliyyat və ticarət əlaqələrini gücləndiriləcəyi bildirilib.

İki tərəfdaş ölkənin müvafiq dövlət qurumları arasında məlumat mübadiləsinin daha da genişləndirilməsi, gömrük prosedurlarının səmərəliliyinin artırılması üçün imkanların olduğu qeyd edilib.

Söhbət əsnasında yalnız iki ölkə arasında deyil, bütövlükdə bölgə arasında məhsulların fasiləsiz tədarükünü təmin etmək məqsədi ilə gömrük orqanlarının fəaliyyətinin pandemiya şəraitində əlaqələndirilməsi məsələsi də müzakirə olunub.



Xəbər 2298 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +