Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


08.11.2019  16:12 

Havanı çirkləndirən şadlıq sarayları - SİYAHI





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaya normadan artıq tüstü və zərərli tullantılar atan ictimai iaşə obyektlərinin adları açıqlayıb.
XəzərNews.az-ın məlumatına görə, bu barədə nazirlik rəsmisi Vüqar Kərimov bildirib. O deyib ki, monitorinq zamanı Nizami rayonunda fəaliyyət göstərən “Cənnət”, “Xan bağı”, “Xan sarayı”, “Madonna”, “Milord”, “Hissa”, “Grace Hall”, “Ayla2 şadlıq sarayları, “Səhər mehi” və “Kometa” restoranlarında tullantıların miqdarı normadan artıq olduğu müəyyənləşib.

Binəqədi rayonunda “Sonalar sonası”, “Qızıl tac”, “Şahənşah”, “Mələk”, “Oğuz xan”, “Al saray”, “Amor”, “Röya” şadlıq sarayları da havanı çirkləndirən iaşə obyektləri sırasına düşüb

Nazirlik rəsmisi bildirib ki, Xətai rayonunda “Fəridə”, “Elgün”, “Neapol”, “Movida”, “Mirana”, “Leyla”, “Şahzadə”, Nərimanov rayonunda “Şuşa, “Su sonası” şadlıq sarayları, “Orman”, “Xankəndi”, “İsa bulağı” restoranları, Sumqayıtda şəhərində “Qubadlı”, “Dan ulduzu”, “Şahanə”, “Tural”, “Nurlan” və “Dədə Qorqud”, Abşeronda “Qarabağ”, “Ülvi”, “Səmayə” və “Sultan”, Gəncə şəhərində “Firuzə”, “Tural” və “Şahzadə” şadlıq saraylarının atmosferi çirkləndirdiyi məlum olub.

Bununla əlaqədar şadlıq saraylarının sahiblərinə xəbərdarlıq edilib, təcili tədbir götrülməsi tələb olunub.

Xəbər 1531 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +