Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


03.10.2017  19:07 

“İnternet medianın dövlətdən maliyyələşməsi üçün məsləhətləşmələr aparılır”





A+  A-

“İnternet medianın dövlət tərəfindən maliyyələşməsi vacibdir. Saytlar da klassik Kütləvi İnformasiya Vasiələri (KİV) kimi dövlət tərəfindən maliyyələşməlidir. Çünki hüquqi baxımdan internet üzərindən yayımlanan xəbər portalları da Kütləvi İnformasiya Vasiələri hesab olunurlar. Eyni zamanda, praktiki baxımdan ictimai fikir formalaşdırmaq missiyası xəbər portallarının üzərinə düşür. Beynəlxaql təcrübə də onun göstərir ki, ictimai fikir daha çox xəbər portalları vasitəsilə formalaşır. Belə bir məqamda Azərbaycanda fəaliyyət göstərən həmin portallar dövlət tərəfindən maliyyələşməlidir”.
XəzərNews.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Modern.az-a saytına açıqlamasında deyib.

Mətbuat Şurasının sədri bildirib ki, internet medianın dövlət tərəfindən maliyyələşməsi ona görə aparılmalıdır ki, reklam bazarının tam formalaşmadığı bir zamanda həmin xəbər portalları özlərinin müstəqilliyini saxlaya bilsinlər.

“Həmin portalların maliyyə imkanları yoxdursa, bu və ya digər mənada özlərinin müstəqilliyini itirə bilərlər. Ayrı-ayrı şəxslər, məmurlar xəbər portalları ilə bağlı daha asan “əməkdaşlıq” edə bilər. Bütün bunlar da həmin şəxslər və məmurlarla bağlı baş verən olayların qeyri-dəqiq formada ölkə ictimaiyyətinə çatdırılmasını təmin etmiş olar.
Digər tərəfdən, həmin xəbər saytları Azərbaycanı sevməyən başqa güc mərkəzləri ilə də əlaqədə ola bilər. İndiki şəraitdə əlbəttə ki, bunlar arzuolunmazdır. Bütün bu problemləri aradan qaldırmaq üçün mütləq xəbər portallarını dövlət maliyyələşdirməlidir. Nə zaman ki, onlar reklam vasitəsilə öz müstəqilliklərini təmin edə biləcəklər, ondan sonra həmin xəbər portalları öz gəlirləri hesabına fəaliyyətlərini qura bilər”.

Deputat deyib ki, parlamentin növbəti iclaslarının birində internet medianın dövlət tərəfindən maliyyələşməsi məsələsini qaldıracaq.

“Hazırda internet medianın dövlət tərəfindən maliyyələşməsi istiqamətində müəyyən məsləhətləşmələr aparılır. Yəqin ki, bu sahədə yaranmış problem həllini tapacaq”.


Xəbər 2101 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +