Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


17.04.2017  21:25 

“Referendumla bağlı bütün müzakirələr bitib” - Ərdoğan





A+  A-

Türkiyədə keçirilən referendumdan sonra ilk dəfə Ankaraya gələn prezident Rəcəb Tayyib Ərdoğan vətəndaşlara müraciət edib.
XəzərNews.az Türkiyə mediasına istinadən xəbər verir ki,
R.T.Ərdoğan referendumda iştirak edən hər kəsə təşəkkür edib: “Dəyişikliklərin lehinə 25 milyon 225 min səs verilib. Artıq referendumla bağlı bütün müzakirələr bitib. Buradan necə səs verməsindən asılı olmayaraq seçkiyə gedərək səs verən hər kəsə təşəkkür edirəm. "Hə" deyənlərə isə bu dəyişikliyə verdikləri dəstəyə görə, xüsusilə təşəkkür edirəm. Partiyaları "hə" qərarı versə də, referendumun əleyhinə çıxan vətəndaşları da anlayışla qarşılayıram. Demək ki, konstitusiya dəyişikliyinin əhəmiyyətini lazımi qədər çatdıra bilməmişik. Amma artıq irəli baxmalıyıq və prezident kimi fəaliyyətimə davam edəcəyəm. Dayanmaq yox, yola davam etmək lazımdır".

Türkiyə prezidenti bildirib ki, 54 ildir ölkəsini Avropa İttifaqının qapıları arxasında gözlədirlər: “Amma indi biz oturub danışacağıq və lazım gəlsə bu məsələ ilə bağlı ümumxalq səsvermə keçirəcəyik. Avropa İttifaqının təsisçilərindən biri olan Böyük Britaniya qurumu tərk edir. Norveç də Avropa İttifaqının kənarındadır. Biz xalqın rəyini öyrənəcəyik. Xalq nə desə, o da olacaq. Avropa İttifaqı vədlərinə əməl etmədiyi təqdirdə fəsadlarla üz-üzə qalacaq. Terrorçu təşkilatları dəstəkləmək olmaz, Türkiyə heç bir zaman öz sərhədləri daxilində hər hansı terrorçu qurumun yaradılmasına imkan verməyəcək”.

Xəbər 2433 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +