Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


15.03.2017  18:44 

“Qəbələ” Ronaldinyo ilə müqavilə imzaladı





A+  A-

“Qəbələ” ilə Ronaldinyo arasında gözlənilən müqavilə bağlanıldı.
Tərəflər bir az əvvəl Dubay şəhərində 2 illik saziş imzalayıb. “Qırmızı-qaralar”dan müqaviləyə imzanı klubun vitse-prezidenti Fariz Nəcəfov, qarşı tərəfdən isə Ronaldinyo imza atıb. Bu haqda məlumatı saytımıza açıqlamada “Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimov verib: “Artıq müqavilə bağlanılıb.

Tədbirdə ilk olaraq klubumuzun kommersiya direktoru Mustafa Aktopalın təqdimatı ilə videoçarx təqdim edildi. Videoda “Qəbələ”, Akademiyamız, ölkəmiz və ölkəmizdəki idman hərəkatı haqqında məlumat verildi. Daha sonra mətbuat konfransı keçirildi, hər şey planlaşdırdığımız kimi keçdi”. Kərimov həmçinin məktəbin harada olacağı ilə bağlı məsələ haqqında danışıb: “Bakıdakı məktəbin yeri hələ ki, dəqiq bilinmir. 2 variant üzərində iş gedir. Bu işlə başqa səlahiyyətli şəxslər məşğul olur. Onlar hazırda bəzi prosedur işlərinin həll olması ilə məşğuldular. Bu məsələ həllini tapdıqdan sonra isə kluba göstəriləcək və biz təsdiq edəcəyik. Açılış mərasiminin vaxtı tikintinin başa çatmasına əsasən müəyyən ediləcək. Ronaldinyonun özü açılış mərasiminə gələcək”.

Qeyd edək ki, “Ronaldinho Soccer Academy” veteran futbolçunun doğulub boya-başa çatdığı Qremio, həmçinin BƏƏ-nin Dubay şəhərində fəaliyyət göstərir.

(qafqazinfo.az)

Xəbər 2347 dəfə oxunub.



21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +