Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


01.02.2024  00:52 

Göyçayda yaşayış evi yanıb





A+  A-

Göyçay rayonunun, Məlikkənd kəndində ikimərtəbəli fərdi yaşayış evi yanaraq külə dönüb.

Xəzərnews.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yanğın zamanı kənd sakini Şamil Paşa oğlu Abdullayevə məxsus ikimərtəbəli, ümumi sahəsi 200 kvadratmetr olan evin 140 kvadratmetr hissəsi əşyaları ilə birlikdə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və 19 nəfər şəxsi heyəti cəlb olunub.

Yanğın söndürülüb və geniş əraziyə yayılmasının qarşısı alınıb.

Hadisə zamanı ev yiyəsinə külli miqdarda maddi ziyan dəyib.

Ev sahibinin sözlərinə görə, yanğın elektrik naqillərində baş verən qısaqapanmadan baş verib.

Hazırda faktla bağlı araşdırma aparılır.


Xəbər 1151 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +