AMİU-nun iki tenderi bir gündə ləğv olunub
Milli Məclisin plenar iclası başlayıb
Ukrayna rusların Ordu Korpusunu vurdu
Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı
Biznesmenin avtomobilindən 124 min pul oğurlandı
Eduard Məmmədova vəzifə verildi
Şəhər meri diaspor fəalımızı təltif etdi
Azərbaycanlı Kurskda itkin düşdü
İsmayıllıda zəlzələ qeydə alınıb
Niyazi Mehdi bu gecə vəfat edib


07.03.2023  10:26 

“Din xadimini alimə oxşadıb, meyxanaçını şairə“





A+  A-

"Son otuz ildə "qanuni oğru"ları, din xadimlərini və meyxanaçıları o biri dünyaya yola salan eyni izdihamdır".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə yazıçı Aqşin Yenisey çıxış edib.

A.Yenisey bildirib ki, mədəniyyətin ölüsünə yaxın gedən yoxdur!

"Çünki bu izdiham üçün oğru, din xadimi və meyxanaçı mənəviyyatı təmsil edirlər. Baxmayaraq ki, hər üçü bir-birinə zidd düşüncənin nümayəndələridir.
Oğurluğu kitabında haram buyurduğu üçün din xadimi "qanuni oğru"nun, əyləncəyə (mütrifliyə) xidmət etdiyi üçün də meyxanaçı din xadiminin ziddidir.
Amma izdiham bu üç ziddiyyətdən özü üçün mütəşəkkil bir mənəviyyat, bir həqiqət yaradıb. Və mədəniyyətin cəsədini soyunduraraq öz mənəviyyatının əyninə geyindirib. Din xadimini alimə oxşadıb, meyxanaçını şairə. "Qanuni oğru"lara isə təhlükəsizlik orqanlarının mülki geyimlərini paylayıb. Beləliklə, son otuz ildə Azərbaycanda mədəniyyətin alternativi yaranıb" - deyə A.Yenisey əlavə edib.

Xəbər 1004 dəfə oxunub.



28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi

28.02.2025  09:08 

Niyazi Mehdi bu gecə vəfat edib


BÜTÜN XƏBƏRLƏR +