Milli Məclisin plenar iclası başlayıb
Ukrayna rusların Ordu Korpusunu vurdu
Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı
Biznesmenin avtomobilindən 124 min pul oğurlandı
Eduard Məmmədova vəzifə verildi
Şəhər meri diaspor fəalımızı təltif etdi
Azərbaycanlı Kurskda itkin düşdü
İsmayıllıda zəlzələ qeydə alınıb
Niyazi Mehdi bu gecə vəfat edib
Polis 500 min manata yaxın pulu ələ keçirənləri saxladı


09.12.2021  20:36 

Azərbaycanda “Omicron” ştamına rast gəlinibmi?





A+  A-

“Tibbi maskalardan istifadə, sosial məsafənin saxlanılması və vaksinasiya kimi həyata keçirilən qabaqlayıcı tədbirlərin faydası görülməkdədir”.

XəzərNews.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşündə deyibn.

O qeyd edib ki, vaksinasiya prosesinin geniş vüsət aldığı ərazilərdə ölüm halları nəzərəçarpacaq dərəcədə azalmaqdadır:

“I doza önəmli olsa da, vaksin öz təsirini II dozadan sonra göstərir”.

Hande Harmancı xüsusilə risk qrupuna daxil olan şəxslərin vaksin olunmalarının vacibliyinə toxunub:

“Tibb işçiləri, yaşı 65 və daha yuxarı olan şəxslər, həmçinin hamilə qadınlar vaksin olunmalıdırlar. Son zamanlar mütəxəsislər hamilə qadınların da vaksin olunmaları yönündə fikirlər bildirirlər”.

O, COVID-19 virusunun yeni ştamlarından da söz açıb.

5-14 yaş arası uşaq və yeniyetmələr arasında “Delta-M” və “Omicron” ştamlarına yoluxma hallarının artdığını bildirən Hande Harmancı Azərbaycanda hələlik “Omicron” ştamına rast gəlinmədiyini də qeyd edib.

Xəbər 1633 dəfə oxunub.



28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi

28.02.2025  09:08 

Niyazi Mehdi bu gecə vəfat edib

27.02.2025  15:44 

Sabiq nazirə yeni vəzifə verildi


BÜTÜN XƏBƏRLƏR +