AMİU-nun iki tenderi bir gündə ləğv olunub
Milli Məclisin plenar iclası başlayıb
Ukrayna rusların Ordu Korpusunu vurdu
Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı
Biznesmenin avtomobilindən 124 min pul oğurlandı
Eduard Məmmədova vəzifə verildi
Şəhər meri diaspor fəalımızı təltif etdi
Azərbaycanlı Kurskda itkin düşdü
İsmayıllıda zəlzələ qeydə alınıb
Niyazi Mehdi bu gecə vəfat edib


03.01.2021  10:53 

Goranboyda gizli işləyən çayxananın sahibi cərimələndi





A+  A-

Goranboyda karantin rejimini pozan daha bir çayxana aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.

Polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Balakürd kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb. Obyekt sahibi və müştərilər saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Qeyd etmək lazımdır ki, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarlı gücləndirilmiş iş rejimində xidmət apararaq, sakinlər arasında profilaktiki tədbirlər həyata keçirir, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, dezinfeksiya edici vasitələrdən istifadə etməyi tövsiyyə etməklə bərabər rayon ərazisindəki pensiya və müavinətlərin verilməsi ilə bağlı bankomatların önündə yarana biləcək sıxlığı nəzərə alaraq, polis əməkdaşları bu ərazilərə xüsusi olaraq nəzarət edir, sosial məsafənin qorunması üçün lazımi tədbirləri yerinə yetirir.

Mütəmadi olaraq keçirilən reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan 1304 vətəndaş barəsində müvafiq qanunlara uyğun olaraq tədbir görülüb. Aparılan araşdırmalarla 15 kafe-restoran, 10 iaşə obyektinin karantin rejiminin tələblərinə zidd olaraq fəaliyyət göstərdiyi məlum olub ki, RPŞ-nin əməkdarşları həmin obyektlər barəsində qanunamüvafiq tədbir görüb. Ümumilikdə karantin rejimində 12 nəfər barəsində aidiyyəti məhkəmənin qərarı ilə inzibati həbs seçilib. RPŞ əməkdaşlarının ayıq-sayıq xidmətləri nəticəsində 1 toy, 2 nişan və 1 yas mərasiminin keçirilməsinin qarşısı alınıb, təşkilatçılar inzibati məsuliyyətə cəlb edilib. Bundan başqa Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan 10 nəfər barəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Xəbər 1442 dəfə oxunub.



28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi

28.02.2025  09:08 

Niyazi Mehdi bu gecə vəfat edib


BÜTÜN XƏBƏRLƏR +