Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


26.08.2021  14:29 

Həsrət Cəfərov Azərbaycanın bayraqdarı oldu





A+  A-

Kazanda keçiriləcək birinci MDB Oyunlarının açılış mərasimində Azərbaycan nümayəndə heyətinin bayraqdarı müəyyənləşib.
XəzərNews.az xəbər verir ki, yunan-Roma güləşçimiz Həsrət Cəfərov komandamızın bayraqdarı olacaq. H.Cəfərov (67 kq) ötən həftə Rusiyanın digər şəhəri - Ufada keçirilən dünya çempionatının qalibi olub.

Açılış mərasimində pandemiya ilə əlaqədar olaraq, hər ölkədən yalnız 30 nəfər idmançının iştirakı nəzərdə tutulub.

Sentyabrın 4-11-də keçiriləcək Oyunlarda Azərbaycan böyük nümayəndə heyəti ilə təmsil olunacaq.

Komandamız badminton (8 idmançı), basketbol (4), boks (9), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9), muaytay (tayboks) (6) idman növlərində mübarizə aparacaqlar.

Nümayəndə heyətinin şef-demissionu Olimpiya çempionu, Gənclər və İdman Nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurovdur.

Xəbər 2268 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +