Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


19.08.2021  09:46 

Millimiz dünya çempionatında 4-cü oldu





A+  A-

Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında sərbəst güləş üzrə yarış başa çatıb.
XəzərNews.az xəbər verir ki,turnirə 9 idmançı ilə yollanan Azərbaycan millisinin 5 üzvü fəxri kürsüyə qalxıb. Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq) və Əşrəf Aşırov (79 kq) gümüş, Turan Bayramovla (74 kq) Saqadulla Ağayev (86 kq) isə bürünc medal qazanıb.

Böyük məşqçi Cəbrayıl Həsənov və məşqçilər Rövşən Hacıyevlə Nazim Əlicanovun rəhbərliyi altında dünya çempionatında iştirak edən komanda yekunda 122 xal toplayaraq dünyada 4-cü yeri tutub. İlk "3-lük"də İran(178), Rusiya (142) və ABŞ (129) yer alıb.

Qeyd edək ki, sərbəst güləş üzrə yığma medalların sayına son 5 ilin ən yaxşı nəticəsinə imza atıb. Sərbəst güləşçilər sonuncu dəfə 2016-cı ildə Fransanın Makon şəhərində keçirilən gənclərin dünya çempionatında 5 medal əldə etmişdi.

Xəbər 2487 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +