Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


27.12.2023  12:45 

Səbaildə yol təmirinə 350 min manat ayrıldı





A+  A-

Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yolları əsaslı təmir olunacaq.

Xəzərnews.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 350 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

* * *

Prezident İlham Əliyev həmçinin Quba rayonunun Amsar‒Əski İqrığ‒Gültəpə‒Möhüc‒Aşağı Tüləkəran‒Yenikənd‒Tülər‒Yuxarı Tüləkəran avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət başçısının 23 yanvar 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,2 milyon təmir üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi maliyyələşməni təmin etməli, İqtisadiyyat Nazirliyi zəruri maliyyə vəsaitini 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalı, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Xəbər 1317 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +