Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


25.06.2022  14:36 

Jurnalistdən Təhsil İdarəsinə: “Bəlkə sizi şantaj edir?“





A+  A-

"Kəlbəcər rayonunun 6 məktəbində direktor müavinlərinin ali təhsilsiz olduğu aşkar edildiyi üçün dərhal işdən azad ediliblər. Bəs Bakıdakı 3 saylı məktəbdə də belə hal var axı".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə jurnalist Azər Həsrət çıxış edib.

A.Həsrət bildirib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi əlindən gələni edir ki, nəinki ali təhsili, heç orta təhsili belə olmayan (bu haqda heç bir sənəd təqdim edə bilmir) həmin şəxs vəzifəsində qalsın:

"Haydı, görəlim sizi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi. Göstərin görək ölkədə aparılan islahatlara, dürüstlüyə, qanunçuluğa nə qədər sadiqsiniz... Yaxud da adi orta təhsili belə olmayan şəxsi rəhbər vəzifədə saxlamaqda marağınız nədir? Bəlkə sizi şantaj edir? Bəlkə kiminsə tapşırığı üzündən bunu edə bilmirsiniz? Açıq deyin, siz bacarmırsınızsa, biz gedək bu məsələlərin üzərinə..."

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov bildirib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin hüquqlarına aiddir:

"Bu baxımdan təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışan şəxslə bağlanmış əmək münasibətlərini tənzimləmək səlahiyyəti işəgötürən olaraq məktəb direktorunun səlahiyyətlərinə daxildir."

Qeyd edək ki, sözügedən məktəbin direktoru A.Həsrətin xanımı Almaz Həsrətdir.


Xəbər 1656 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +